Co Bayden Misir və Qətər liderlərinə məktub ünvanlayıb

Yerli mətbuat orqanlarına açıqlama verən adı açıqlanmayan bir rəsmi bildirib ki, Bayden bu yaxınlarda Misir prezidenti Əbdülfəttah əs-Sisi və Qətər əmiri Şeyx Təmim bin Hamed Al Saniyə məktub ünvanlayıb.

2125550
Co Bayden Misir və Qətər liderlərinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Co Bayden Misir və Qətər liderlərinə məktub ünvanlayaraq onlara atəşkəs üçün Fələstinin müqavimət hərəkatı ''Həmas''a təzyiq göstərmələri ilə əlaqədar çağırış edib.
Yerli mətbuat orqanlarına açıqlama verən adı açıqlanmayan bir rəsmi bildirib ki, Bayden bu yaxınlarda Misir prezidenti Əbdülfəttah əs-Sisi və Qətər əmiri Şeyx Təmim bin Hamed Al Saniyə məktub ünvanlayıb.
ABŞ prezidenti Co Bayden cümə axşamı İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon əlaqəsi saxlayıb. Co Bayden söhbət zamanı Qəzzada dərhal atəşkəsin təmin edilməsi və İsrailin bu istiqamətdə addım atması ilə əlaqədar çağırış edib.



Әlaqәli Xәbәrlәr