İsrail Qəzzaya daha çox humanitar yardımın daxil olmasına razılıq verib

İsrailin KAN telekanalının yaydığı məlumata görə, Hərbi Nazirlər Kabineti Qəzzaya humanitar yardımı artırmaq üçün tədbirlər gördüyünü açıqlayıb

2125156
İsrail Qəzzaya daha çox humanitar yardımın daxil olmasına razılıq verib

İsrail mühasirə altındakı Qəzza zolağına daha çox humanitar yardımın daxil olmasına razılıq verib.
İsrailin KAN telekanalının yaydığı məlumata görə, Hərbi Nazirlər Kabineti Qəzzaya humanitar yardımı artırmaq üçün tədbirlər gördüyünü açıqlayıb.
Humanitar yardımların Aşdod limanı və Beyt Hanun (Erez) sərhəd-keçid məntəqəsi vasitəsilə bölgəyə çatdırılmasına müvəqqəti icazə veriləcəyi, İordaniyadan keçən yardımların isə Kerem Əbu Səlim (Şalom) sərhəd-keçid məntəqəsi vasitəsilə bölgəyə daxil olmasına icazə veriləcəyi qeyd edilib.
Ağ Evdən verilən yazılı açıqlamaya görə, ABŞ prezidenti Co Bayden dünən İsrailin baş naziri Binyamin Netanyahu ilə telefon əlaqəsi saxlayıb. Co Bayden söhbət zamanı Qəzzada çalışan humanitar yardım əməkdaşlarına edilən hücumların "qəbuledilməz" olduğunu bildirib.



Әlaqәli Xәbәrlәr