Sergey Şoyqu: ''Mart ayında Ukraynaya ağır zәrbәlәr endirdik''

Rusiyanın müdafiə naziri Sergey Şoyqu, ötən ay yüksək dəqiqlikli silahlar və pilotsuz uçuş aparatları (PUA) ilə Ukraynaya qarşı 2 böyük hücum və 190 qrup hücumu həyata keçirdiklərini açıqlayıb.

2123933

Nazirliyin yüksək rütbəli rəsmiləri ilə keçirilən görüşdə çıxış edən Sergey Şoyqu Rusiya ordusunun Ukraynadakı hərəkətləri barədə məlumat verib.

Əks-hücum uğursuzluğa düçar olduqdan sonra Ukrayna ordusunun müəyyən xətləri və mövqeləri müdafiə etməyə çalışdığını, lakin heç bir istiqamətdə məqsədinə nail ola bilmədiyini qeyd edən Sergey Şoyqu Ukrayna qoşunlarını qərbə doğru sıxışdırmağa davam etdiklərini bildirib.

Sergey Şoyqu keçən ay Donetskdə Nevelskoye, Orlovka, Tonenkoye və Krasnoye qəsəbəsini ilə Zaporojya bölgəsindəki Mirnoye qəsəbəsini nəzarətə aldıqlarını ifadə edib.

Ukrayna ordusunun döyüş potensialını azaltmağa davam etdiklərini iddia edən Şoyqu Ukrayna Silahlı Qüvvələrinin yanvar ayından bu yana 80 mindən çox əsgər itirdiyini bildirib.

Şoyqu qeyd edib ki, bu müddət ərzində 14 min müxtəlif silah, o cümlədən 1200-dən çox tank və zirehli döyüş maşını məhv edilib.

Әlaqәli Xәbәrlәr