Qəzzaya çatdırılan ümumi humanitar yardımın 23 faizini Türkiye göndərib

Bu barədə İsrail Müdafiə Nazirliyinə tabe olan Regionlardakı Hökumət Fəaliyyətlərinin Koordinatorluğunun (COGAT) internet səhifəsində edilən paylaşımda bildirilib.

2124028
Qəzzaya çatdırılan ümumi humanitar yardımın 23 faizini Türkiye göndərib

Qəzza zolağına göndərdiyi ümumi humanitar yardımın 23 faizini Türkiye göndərib.
Bu barədə İsrail Müdafiə Nazirliyinə tabe olan Regionlardakı Hökumət Fəaliyyətlərinin Koordinatorluğunun (COGAT) internet səhifəsində edilən paylaşımda bildirilib.
Məlumata görə, Türkiye İsrailin hücumlarına məruz qalan Qəzza zolağına ən çox humanitar yardım çatdıran 2-ci ölkə olub.Qəzza zolağına göndərdiyi ümumi humanitar yardımın 23 faizini Türkiye göndərib.
COGAT-ın martın 31-də yaydığı məlumata görə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 26 faizlik humanitar yardım nisbəti ilə birinci yerdədir. İsrailin buna mane olmağa davam etdiyi və çox az miqdarda humanitar yardımın bölgəyə daxil olmasına icazə verdiyi bildirilir. Bölgəyə göndərilən ümumi yardımın 23  faizini göndərən Türkiyə ən çox yardım edən ikinci ölkədir.
COGAT-ın eyni tarixdəki paylaşımına görə, martın 26-dan etibarən Qəzza zolağına göndərilən  21 təcili yardım maşınından 9-u Türkiye tərəfindən hədiyyə edilib. Türkiye bu baxımdan birinci yerdədir. Bölgəyə 8 təcili tibbi yardım maşını göndərən Küveyt isə ikinci yerdədir.
Türkiye İsrailin hücumlara başladığı tarixdən etibarən Misirlə koordinasiyalı şəkildə Qəzzaya hərtərəfli humanitar yardım çatdırmağa davam edir.
İsrail humanitar yardımın Misir sərhədindəki Rəfah sərhəd-keçid məntəqəsindən Qəzzaya daxil olmasına icazə verilməsi ilə bağlı beynəlxalq çağırışları nəzərə almır.



Әlaqәli Xәbәrlәr