Fransa Ukraynaya ikinci əl zirehli maşınlar göndərəcək

Fransanın müdafiə naziri Sebastien Lecornu ölkəsinin 2025-ci ilin əvvəlinə qədər “yeni hərbi yardım paketi” çərçivəsində Ukraynaya yüzlərlə ikinci əl zirehli maşın göndərəcəyini açıqlayıb.

2124379

“La Tribune” qəzetinə müsahibə verən S.Lekornu Ukraynaya hərbi yardım paketi ilə bağlı açıqlamalar verib.
Fransa ordusunun 40 ildən çoxdur  istifadədə etdiyi VAB zirehli maşınlarını yeni nəsil maşınlarla əvəz etdiyini qeyd edən Lecornu, hələ də işlək vəziyyətdə olan köhnə zirehli maşınların və ''Aster'' tipli raketlərin 2025-ci ilin əvvəlinədək Ukraynaya göndəriləcəyini bildirib. 
Fransa Müdafiə Naziri dünən verdiyi açıqlamada da ''Ceasar'' sistemlərinin sayını 6-dan 12-yə yüksəldəcəklərini, yaxın müddətdə Ukraynaya 78 Sezar sistemi göndərəcəklərini bildirib.

Әlaqәli Xәbәrlәr