Antonio Quterreş İran sәfirliyinә edilәn hücumu pislәdi

Bu barədə Birləşmiş Millətlər Təşkilatından verilən bəyanatda bildirilib.

2123931
Antonio Quterreş İran sәfirliyinә edilәn hücumu pislәdi

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş aprelin 1-də İranın Dəməşqdəki səfirliyinin şəhərciyindəki konsulluq binasına edilən hava hücumunu pisləyib.

Bu barədə Birləşmiş Millətlər Təşkilatından verilən bəyanatda bildirilib.

Diplomatik və konsulluq nümayəndəliklərinin toxunulmaz olduğunu vurğulayan Antonio Quterreş həmçinin qeyd edib ki, diplomatlar beynəlxalq hüquqa uyğun olaraq qorunmalıdır.

Antonio Quterreş bütün tərəflərə beynəlxalq hüquq çərçivəsində üzərlərinə düşən öhdəlikləri yerinə yetirmələrinin vacibliyini vurğulayıb. O, həmçinin mülki şəxslərə və mülki infrastruktura hücumların qarşısının alınmasının zəruriliyini qeyd edib.

Antonio Quterreş kiçik bir səhv hesablamanın regionda daha böyük münaqişəyə səbəb ola biləcəyini, Suriya, Livan və Fələstin daxil olmaqla, bütün Yaxın Şərqdə çətin vəziyyətdə olan mülki insanlara daha çox zərər verə biləcəyini qeyd edib.

Xatırladaq ki, aprelin 1-də İranın Dəməşqdəki səfirliyinin şəhərciyindəki konsulluq binasına edilən hava hücumunda 2-si general olmaqla İran İnqilab Keşikçiləri Korpusunun yeddi üzvü həyatını itirib. Hücumda ölənlər arasında 6 suriyalının da olduğu, ölənlərin ümumi sayının isə 13 olduğu açıqlanıb.


Etiketlәr: #İsrail , #İran , #Suriya , #BMT

Әlaqәli Xәbәrlәr