Tedros Adhanom Qebreyesus Şifa xəstəxanasındakı vəziyyətə münasibət bildirib

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus İsrail ordusunun  basqın etdiyi, daha sonra isə tamamilə dağıdıb tərk etdiyi Şifa xəstəxanasındakı vəziyyətə münasibət bildirib.

2123623

Rəsmi ''X'' internet səhifəsində paylaşım edən Tedros Adhanom Qebreyesus İsrail qüvvələrinin 18 martda başlayan və 14 gün davam edən hücumları ilə tamamilə yararsız hala düşən Şifa xəstəxanasındakı vəziyyəti qiymətləndirib.
İsrail mühasirəsindən sonra xarabalığa çevrilən xəstəxananın fotosunu paylaşan Tedros Adhanom Qebreyesus deyib: "Bir daha deyirəm. Xəstəxanalara hörmət edilməli və qorunmalıdır. Xəstəxanalardan döyüş meydanı kimi istifadə edilməməlidir". 
İsrail ordusu martın 18-də səhər saatlarında Qəzza şəhərinin qərbində yerləşən və 7 mindən çox xəstə və məcburi köçkün fələstinlinin sığındığı Şifa xəstəxanasına basqın edərək, məcburi köçkün vəziyyətinə düşən fələstinlilərin sığındığı kompleksi mühasirəyə alıb.
Qəzza hökuməti İsrail qüvvələrinin Şifa xəstəxanası və ətraflarında 400-dən çox fələstinlini öldürdüyünü, 900-dən çoxunu həbs etdiyini və 1050 evi dağıtdığını açıqlayıb.
İsrail ordusu 2 həftə davam edən basqın nəticəsində 200 fələstinlini öldürdüyünü, 500-dən çoxunu isə saxladığını irəli sürüb.
Şahidlər İsrail əsgərlərinin  Şifa xəstəxanası şəhərciyi və ətrafından tamamilə çıxdığını söyləmişdi.

Әlaqәli Xәbәrlәr