Husilərə məxsus kapitansız dəniz vasitəsi məhv edilib

ABŞ Yəməndə İranın dəstəklədiyi husilərə məxsus kapitansız dəniz vasitəsini məhv etdiyini açıqlayıb.

2123643
Husilərə məxsus kapitansız dəniz vasitəsi məhv edilib

ABŞ Yəməndə İranın dəstəklədiyi husilərə məxsus kapitansız dəniz vasitəsini məhv etdiyini açıqlayıb.

Məsələ ilə bağlı ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) sosial media hesabında paylaşım edilib.

Paylaşımda ABŞ-ın aprelin 1-də yerli vaxtla saat 09:00-da Yəməndə husilərə məxsuskapitansız dəniz vasitəsinə “müdafiə hücumu” həyata keçirdiyi bildirilib və bu hərəkətin “ABŞ qüvvələrini qorumaq, naviqasiya azadlığını təmin etmək və beynəlxalq suları daha təhlükəsiz hala gətirmək" məqsədilə edildiyi vurğulanıb. 

Qeyd edək ki, İranın dəstəklədiyi husilər İsrailin Qəzzaya hücumlarına reaksiya olaraq 31 oktyabrdan bəri İsrail şirkətlərinə bağlı olduqlarını iddia etdikləri Yəmən sahillərində ticarət gəmilərini ələ keçirir və bəzilərinə pilotsuz uçuş aparatları və raketlərlə hücum edir. 

Husilərin hərəkətlərindən sonra bir çox gəmiçilik şirkəti Qırmızı dənizdəki səyahətlərini dayandırmaq qərarına gəlib.

ABŞ dekabrın 18-də qlobal dəniz ticarəti təhlükəsizliyinin təhlükə altında olduğu əsası ilə bir qrup ölkənin iştirakı ilə Husi qüvvələrinə qarşı “Rəfahın Mühafizəçisi” adlı çoxmillətli “dəniz işçi qrupu” yaradıldığını açıqlayıb.

ABŞ və İngiltərənin Yəməndə nəzarəti altında olan bölgələrə hücumlarından sonra husilər bu iki ölkənin bütün gəmilərini hədəf alacaqlarını açıqlayıblar.



Әlaqәli Xәbәrlәr