Entoni Blinken Mahmud Abbasla Fələstindəki yeni kabineti müzakirə edib

ABŞ dövlət katibi Entoni Blinken Fələstin prezidenti Mahmud Abbasla Fələstindəki yeni kabineti müzakirə edib.

2123439
Entoni Blinken Mahmud Abbasla Fələstindəki yeni kabineti müzakirə edib

ABŞ dövlət katibi Entoni Blinken Fələstin prezidenti Mahmud Abbasla Fələstindəki yeni kabineti müzakirə edib.

ABŞ Dövlət Departamentindən verilən açıqlamaya görə, Blinken Abbasla telefon danışığı aparıb.

Telefon danışığı zamanı Blinken Fələstində qurulan yeni kabineti alqışladıqlarını qeyd edərək, birgə işləməyi səbirsizliklə gözlədiklərini bildirib.

Yeni kabinet ilə həm İordan çayının qərb sahilində, həm də Qəzzada Fələstin xalqına daha yaxşı şərait təqdim edilə bilməsi üçün daha güclü səylər göstərilə biləcəyini ifadə edən Blinken əsirlərin azad edilməsi və Qəzzada tez zamanda atəşkəsin yaradılmasının vacibliyini vurğulayıb. Blinken bildirib ki, bu halda humanitar yardımlar da bölgəyə sürətlə çatdırılacaq.

E.Blinken həmçinin İsrailin təhlükəsizlik zəmanəti aldığı bir vəziyyətdə müstəqil Fələstin dövləti hədəfinə sadiq olduqlarını bir daha vurğulayıb.

Qeyd edək ki, Fələstində Məhəmməd Mustafanın başçılığı ilə yeni hökumət martın 31-də Qəzzanın "idarəsi proqramı" ilə prezident Abbasın hüzurunda and içərək vəzifəyə başlayıb.



Әlaqәli Xәbәrlәr