İsrail hücumlarında beynəlxalq təşkilat və əməkdaşlarını saymır

Livan hökuməti hücuma sərt reaksiya verərək bildirib ...

2122551
İsrail hücumlarında beynəlxalq təşkilat və əməkdaşlarını saymır

 

  İsrail ordusu hücumlarında beynəlxalq təşkilatları və onların əməkdaşlarını nəzərə almır.

  İsrailin pilotsuz uçuş aparatları Livanın cənubunda Birləşmiş Millətlər Təşkilatının Livan Müvəqqəti Sülhməramlı Qüvvələrinə məxsus zirehli maşını vurub, nəticədə 3 əsgər və 1 livanlı mülki şəxs yaralanıb.

  Livan hökuməti hücuma sərt reaksiya verib. Bu barədə Livan Xarici İşlər Nazirliyinin bəyanatında belə deyilir: “Livan ölkənin cənubuna İsrailin hücumu ilə bağlı BMT Təhlükəsizlik Şurasına şikayət etmək üçün hazırlıqlara başladı. Hücumu şiddətlə qınayırıq”.

  BMT də hücumu pisləyib. Təşkilatın baş katibinin sözçüsü tərəfindən verilən açıqlamada BMT-nin baş katibi Antonio Quterreşin hücumu qınadığı qeyd edilib, vurğulanıb ki, sülhməramlıların təhlükəsizliyi və əmniyyəti hər zaman təmin edilməlidir.



Әlaqәli Xәbәrlәr