“Finlandiya uzunmüddətli perspektivdə Ukraynaya qoşun göndərə bilər”, E.Valtonen

“Financial Times”a müsahibəsində E.VAltonen deyib ...

2122748
“Finlandiya uzunmüddətli perspektivdə Ukraynaya qoşun göndərə bilər”, E.Valtonen

 

  Finlandiyanın xarici işlər naziri Elina Valtonen uzunmüddətli perspektivdə Ukraynaya qoşun göndərə biləcəklərini söyləyib.

  “Financial Times”a müsahibəsində E.Valtonen deyib: “İndi qoşun göndərməyin vaxtı deyil və biz hal-hazırki mərhələdə bu məsələni müzakirə etmək belə istəmirik. Ancaq uzunmüddətli perspektivdə, əlbəttə ki, hər hansı bir ehtimalı istisna edə bilmərik”.

  Finlandiyanın xarici işlər naziri Elina Valtonen həmçinin Fransa prezidenti Emmanuel Makronun Qərbin Ukraynaya dəstəyi yanaşmasını da bəyənib. Bildiyimiz kimi, 2024-cü ilin mart ayında Makron Ukraynaya qoşun yeritmək variantının mümkün olduğunu demişdi. Lakin bu bəyanatdan sonra NATO-ya üzv ölkələrin əksəriyyəti qoşun yeritmək fikrində olmadığını bildirmişdi. Amma Baltikyanı ölkələr və Polşa Makronun təşəbbüsünü dəstəkləyir. Daha sonra Rusiya Xarici Kəşfiyyat Xidməti Fransanın Ukraynaya 2 min əsgər göndərməyə hazırlaşdığını bildirib və rəsmi Moskva bu cür hərəkətlərin “düzəldilməz nəticələri” olacağı barədə xəbərdarlıq edib.



Әlaqәli Xәbәrlәr