Əqsa məscidində 150 min müsəlman təravih namazı qıldı

Qüds İslam Vəqfləri İdarəsinin verdiyi yazılı açıqlamada cümə günü işa və təravih namazlarına 150 min müsəlmanın qatıldığını bildirib.

2122275
Əqsa məscidində 150 min müsəlman təravih namazı qıldı

Ramazan ayının üçüncü cümə günü İsrailin işğalı altında olan Şərqi Qüdsdəki Əqsa məscidində 150 min müsəlman təravih namazı qılıb.

Qüds İslam Vəqfləri İdarəsinin verdiyi yazılı açıqlamada cümə günü işa və təravih namazlarına 150 min müsəlmanın qatıldığını bildirib.

Əqsa məscidinə ev sahibliyi edən köhnə şəhərin tarixi dar küçələrində insanların təravih namazına gəlməsi səbəbindən sıxlıq yaranıb.

İsrail polisi 7 oktyabr 2023-cü il tarixindən sonra fələstinlilərin Əqsa məscidinə daxil olmasına icazə verməyib və həftələrlə cümə namazına yalnız 5 min nəfər gələ bilib.

İsrail polisi ilə Əqsa məscidinə buraxılmayan fələstinlilər arasında qarşıdurma  olub. İsrail polisinin fələstinlilərə gözyaşardıcı qazla müdaxilə etdiyi bildirilib.

İsrail polisinin məhdudiyyətləri qismən aradan qaldırmasından sonra  Ramazan ayının gəlişi ilə dünən 120 min adam Əqsa məscidində cümə namazı qılıb.

İşğal altındakı İordan çayının qərb sahili ilə Qüds arasında 2003-cü ildə tikilmiş divar boyunca İsrailin çox sayda hərbi nəzarət məntəqələri var.

İsrail xüsusi icazəsi olanlar istisna olmaqla, İordan çayının qərb sahilindəki fələstinlilərin adi günlərdə Qüdsə keçməsinə icazə vermir.

Şərqi Qüds və İordan çayının qərb sahili 1967-ci ildən etibarən İsrailin işğalı altındadır.



Әlaqәli Xәbәrlәr