İsrail ordusu 25 fələstinlini də saxlayıb

İsrail ordusu işğal altındakı Şərqi Qüds və İordan çayının qərb sahilində 25 fələstinlini saxlayıb.

2122276
İsrail ordusu 25 fələstinlini də saxlayıb

İsrail ordusu işğal altındakı Şərqi Qüds və İordan çayının qərb sahilində 25 fələstinlini saxlayıb.
Fələstin Məhbuslar Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına tabe olan əsir və azad edilənlər heyətinin yaydığı birgə bəyanatda İsrailin İordan çayının qərb sahilində və Şərqi Qüdsdə basqınlarını davam etdirdiyi qeyd edilib.
Açıqlamaya görə, İsrail ordusu İordan çayının qərb sahilindəki El Halil, Nablus, Tulkerim və Kalkilya şəhərlərində fələstinlilərin evlərinə basqın təşkil edib.Fələstinlilərin cümə namazı üçün Əqsa məscidinə axışdığı Şərqi Qüdsdə də saxlanılanlar olub.
Bu gün 25 nəfərin daha saxlanılması ilə 7 oktyabr 2023-cü ildən bəri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə İsrail tərəfindən saxlanılan fələstinlilərin sayı 7870-ə yüksəlib.
İsrail ordusunun Qəzza zolağına hücuma başladığı 7 oktyabr 2023-cü ildən bəri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə fələstinlilərə qarşı hücumlarda artım müşahidə olunur.



Әlaqәli Xәbәrlәr