“Bu vəziyyət çox iyrəncdir”, B.Sanders

Amerikanın “Washington Post” (WP) qəzeti adı açıqlanmayan Pentaqon və Dövlət Departamenti rəsmilərinə əsaslanan hesabatında Co Bayden administrasiyasının son vaxtlar İsrailə yeni silah göndərildiyini yazıb

2122501
“Bu vəziyyət çox iyrəncdir”, B.Sanders

 

  ABŞ hökuməti ictimaiyyətə açıqlamadan Qəzzada hücumlarını davam etdirən İsrailə milyardlarla dollar dəyərində yeni döyüş təyyarələri və minlərlə yeni idarəolunmaz bombalar göndərilməsinə icazə verib.

  Amerikanın “Washington Post” (WP) qəzeti adı açıqlanmayan Pentaqon və Dövlət Departamenti rəsmilərinə əsaslanan hesabatında Co Bayden administrasiyasının son vaxtlar İsrailə yeni silah göndərildiyini yazıb.

  Bayden hökuməti “konqresin əvvəlki bildirişlərinə uyğun olaraq” daşımaları həyata keçirdiyi üçün bu dəfə parlamentə xəbər verilmədən və ictimaiyyətə elan edilmədən bu işi görüb. Belə ki, ABŞ administrasiyası İsrailə 25 ədəd F-35 və təyyarə mühərrikinin satışını təsdiqləyib. 2,5 milyard dollarlıq satışın konqres tərəfindən təsdiqlənməsi 2008-ci ildə edilən bildirişə əsaslandığı üçün ABŞ Dövlət Departamenti bu dəfə ictimaiyyətə və konqresə heç nə bildirməyib.

  ABŞ hökuməti 1800 MK84 və 500 MK82 idarəolunmaz bombaların göndərilməsini də təsdiqləyib.

  İsrailin Qəzzaya atdığı MK84 bombaları təxminən 900 kiloqram çəkisi və dağıdıcı ziyanı ilə mülki itkilərdə böyük rol oynayır. Eynilə, 220 kiloqramlıq MK82 bombaları da idarə olunmadığı üçün “fərq qoymadan atılan bombalar” kimi müəyyən edilir. Paketə MK84 və MK82 bombaları və digər döyüş sursatları daxildir.

  Ağ Ev rəsmisi məsələni belə şərh edib: “ABŞ İsrailin özünümüdafiə hüququnu dəstəkləməyə davam edirik. Bizim İsrailə silah yardımı ilə bağlı şərt qoymaq siyasətimiz yoxdur”.

  ABŞ konqresindəki bir sıra demokrat partiya nümayəndələri konqresə xəbər vermədən İsrailə silah göndərməyi tənqid etsə də, Bayden administrasiyası “İsrailin özünü müdafiə etmək hüququ var” deyir.

  Birləşmiş Ştatlarda müstəqil senator Berni Sanders ölkə prezidenti Co Bayden hökumətinin Qəzzada hücumlarını davam etdirən İsrailə silah satışını ictimaiyyətə açıqlamadan təsdiqləməsinə reaksiya verərək “X” sosial media hesabında “Washington Post”un İsrailə silah satışının təsdiqlənməsi ilə bağlı xəbərini paylaşıb və yazıb: "ABŞ həm İsrailin baş naziri Benyamin Netanyahudan mülki insanları bombalamağı dayandırması üçün yalvarıb həm də şəhərləri yerlə-yeksan edəcək minlərlə bomba göndərə bilməz. Günah ortaqlığına son qoyulmalıdır. Bu vəziyyət çox iyrəncdir. İsrail üçün daha bomba göndərilməməlidir".



Әlaqәli Xәbәrlәr