Mahmud Abbas: ''Qəzza zolağı Fələstin dövlətinin ayrılmaz hissəsidir''

Fələstin prezidenti Mahmud Abbas Qəzzanın Fələstin dövlətinin ayrılmaz hissəsi olduğunu vurğulayıb.

2120436
Mahmud Abbas: ''Qəzza zolağı Fələstin dövlətinin ayrılmaz hissəsidir''

Fələstin prezidenti Mahmud Abbas Qəzzanın Fələstin dövlətinin ayrılmaz hissəsi olduğunu vurğulayıb.
Fələstinin WAFA xəbər agentliyinin məlumatına görə, Mahmud Abbas Fələstinə səfər edən Almaniyanın xarici işlər naziri Annalena Berboku Ramallahda qəbul edib.
Mahmud Abbas görüş zamanı Annalena Berboka İsrailin Fələstin xalqına, xüsusilə də Qəzza zolağına qarşı hücumları və soyqırım müharibəsinə son qoymaq üçün göstərilən səylər barədə məlumat verib.
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) qəbul etdiyi atəşkəs qərarının həyata keçirilməsinin vacibliyini vurğulayan Mahmud Abbas Fələstin xalqının məruz qaldığı aclığın qarşısını almaq üçün beynəlxalq ictimaiyyəti bütün Qəzza zolağına humanitar və tibbi yardımın bütün keçid məntəqələrindən çatdırılması üçün güclərini birləşdirməyə çağırıb. 
Fələstin vətəndaşlarının öz torpaqlarından çıxarılması planları ilə bağlı Mahmud Abbas deyib: "Fələstin dövləti Şərqi Qüds də aralarında olmaqla istər Qəzza zolağından, istərsə də İordan çayının qərb sahilindən Fələstin vətəndaşlarının çıxarılmasını qəti şəkildə rədd edir. Qəzza Fələstin dövlətinin ayrılmaz hissəsidir''.
BMT Təhlükəsizlik Şurasında keçirilən səsvermədə Qəzzada davamlı atəşkəsin təmin edilməsi ilə bağlı qətnamə layihəsi qəbul edilib.



Әlaqәli Xәbәrlәr