Antonio Quterreş:“İsrail Qəzzaya humanitar yardımın çatdırılmasını asanlaşdırmalıdır”

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş deyib: “İsrail Qəzzaya humanitar yardımın çatdırılmasını asanlaşdırmalıdır”.

2120401
Antonio Quterreş:“İsrail Qəzzaya humanitar yardımın çatdırılmasını asanlaşdırmalıdır”

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş deyib: “İsrail Qəzzaya humanitar yardımın çatdırılmasını asanlaşdırmalıdır”.
BMT sözçünün müavini Farhan Haq keçirdiyi gündəlik mətbuat konfransında  Antonio Quterreşin İsrailin BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) ərzaq yardımı konvoylarının Qəzzanın şimalına daxil olmasına icazə verməməsi qərarından təəssüfləndiyini bildirib. O, bölgədəki 10 adamdan yeddisinin qıtlıqla üz-üzə olduğu ilə bağlı xəbərdarlıq edib.
Farhan Haq  Antonio Quterreşin İsraildən dərhal qərarından vaz keçməsini tələb etdiyini bildirdi və dedi: “Baş katib UNRWA-nın Qəzzaya humanitar yardımın döyünən ürəyi olduğunu və bundan sonra da belə olacağını vurğulayır''
Quterreşin "İsrail Qəzzaya humanitar yardımın çatdırılmasını asanlaşdırmalıdır" dediyini ifadə edən Farhan Haq humanitar yardımın Qəzzaya sürətlə və maneəsiz çatdırılmasının vacibliyini vurğuladı.
UNRWA-nın komissarı Filip Lazzarini UNRWA-nın İsrailin humanitar fəlakətə səbəb olduğu Qəzzanın şimalına ərzaq yardımı konvoylarının daxil olmasına icazə verməyəcəyini bildirdiyini açıqladı.
Oktyabrın 7-dən bəri İsrailin bölgəyə hücumları nəticəsində əksəriyyəti uşaq olmaqla 32 mindən çox fələstinli həyatını itirib.



Әlaqәli Xәbәrlәr