İsrailin Qəzzaya hücumları davam edir

İsrailin Şəfa xəstəxanası ətrafında və Qəzza zolağında müxtəlif ərazilərə təşkil etdiyi hücumlarda aralarında uşaq və qadınların da olduğu onlarla fələstinli ölüb və yaralanıb.

2119654
İsrailin Qəzzaya hücumları davam edir

İsrailin Şəfa xəstəxanası ətrafında və Qəzza zolağında müxtəlif ərazilərə təşkil etdiyi hücumlarda aralarında uşaq və qadınların da olduğu onlarla fələstinli ölüb və yaralanıb.

Fələstinin rəsmi agentliyi WAFA-nın yerli mənbələrə əsaslanan xəbərinə görə, İsrail gecə saatlarında Qəzza zolağının müxtəlif hissələrini, xüsusilə Şəfa xəstəxanası və Deyr əl-Belah, Küveyt qovşağı, Rəfah şəhəri və Xan Yunis şəhərinin şərq bölgələrini hədəfə alıb. 

İsrailin Qəzzanın qərbində Şəfa xəstəxanası ətrafını artilleriya atəşi və döyüş təyyarələri ilə hərbi maşın və tanklardan intensiv atəşə tutması nəticəsində onlarla fələstinli həyatını itirib və yaralanıb.

İsrail qüvvələri səsgücləndirici vasitəsilə fələstinlilərdən Şəfa xəstəxanasını dərhal boşaltmağı tələb edib.

İsrail döyüş təyyarələrinin Qəzza zolağının Deyr əl-Belah şəhərində bir evə hava hücumu həyata keçirməsi nəticəsində isə 18 nəfər həyatını itirib.

Deyr əl-Belahın Əl-Hikir bölgəsində baş verən hücumda da çox sayda insan yaralanıb.

İsrail qüvvələri Küveyt qovşağında humanitar yardım paylayan komitələri də hədəfə alıb.

İsrail döyüş təyyarələrinin Rəfah şəhərinin mərkəzindəki Yebna qaçqın düşərgəsindəki bir evi hədəf alması nəticəsində çoxlu sayda insan ölüb və yaralanıb.

Küveyt xəstəxanasının səhiyyə rəsmiləri İsrailin düşərgədəki evləri bombalaması nəticəsində ölən və yaralananların xəstəxanaya aparıldığını açıqlayıb.

İsrailin Deyr əl-Belahı bombalaması nəticəsində ölənlərin sayı 10-a yüksəldikdə, çox sayda insanın dağıntılar altında qaldığı bildirilib.



Әlaqәli Xәbәrlәr