İsrail Qəzzada daha bir jurnalisti öldürüb

Fələstinin rəsmi xəbər agentliyi WAFA-da işləyən jurnalist İsrail ordusunun Qəzza zolağının şimalında həyata keçirdiyi hücumlarda həyatını itirib.

2119794
İsrail Qəzzada daha bir jurnalisti öldürüb

Fələstinin rəsmi xəbər agentliyi WAFA-da işləyən jurnalist İsrail ordusunun Qəzza zolağının şimalında həyata keçirdiyi hücumlarda həyatını itirib.

WAFA-da dərc olunan xəbərdə Agentlikdə 20 ildən çox çalışan Sahir Ekrem Reyyanın İsrailin hücumunda həyatını itirdiyi bildirilib. Fələstinli jurnalistin oğlu Enesin də eyni hücumda öldüyü qeyd edilib.

Fələstinli jurnalist və oğlunun Qəzza şəhərinin qərbindəki Heydər Əbu əl-Şəfi qovşağında bəzi yaralıları xilas etməyə çalışarkən öldürüldüyü bildirilərkən, WAFA sədri Əhməd Asəf də başsağlığı mesajı yayımlayıb.

Qəzza hökumətinin Media Ofisi martın 23-də İsrailin hücumlarının başladığı 7 oktyabr 2023-cü ildən bəri Qəzza zolağında 136 jurnalistin öldüyünü açıqlayıb.

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 14 min 280-i uşaq, 9 min 340-ı qadın olmaqla 32 min 226 fələstinli həyatını itirib, 74 min 518 fələstinli isə yaralanıb.



Әlaqәli Xәbәrlәr