Fransa terror xəbərdarlığını ən yüksək səviyyəyə qaldırdı
Fransanın baş naziri Qabriel Attal prezident Emmanuel Makronun sədrliyi ilə keçirilən Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasından sonra “X”də paylaşdığı mətində yazıb ...
Fransada terror xəbərdarlığı ən yüksək səviyyəyə qaldırılıb.
Rusiyada 22 mart - cümə günü axşam saatlarında 137 nəfərin həyatını itirdiyi terror aktı səbəbindən ölkədə terror təhlükəsi səviyyəsi ən yüksək səviyyəyə qaldırılıb.
Fransanın baş naziri Qabriel Attal prezident Emmanuel Makronun sədrliyi ilə keçirilən Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasından sonra “X”də paylaşdığı mətində yazıb: “DAEŞ-in Moskvada hücuma görə məsuliyyəti öz üzərinə götürdüyü iddiası və ölkəmizə qarşı təhdidləri nəzərə alaraq, milli təhlükəsizlik xəbərdarlığı sistemini ən yüksək səviyyəyə qaldırmaq qərarına gəldik: hücum fövqəladə vəziyyəti”.
2015-ci ildə Fransanın paytaxtı Parisdə törətdiyi ardıcıl hücumlarda 130 nəfər həyatını itirmiş, ölkədə aylarla davam edən fövqəladə vəziyyət elan edilmişdi.
Әlaqәli Xәbәrlәr
Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
Rusiya Donetsk vilayətindəki Novokalinovo qəsəbəsini nəzarətə götürdüyünü açıqlayıb.