Antonio Quterreş Moskvada törədilən terror aktını pisləyib

Bu barədə BMT-nin yaydığı yazılı açıqlama bildirilib.

2119098
Antonio Quterreş Moskvada törədilən terror aktını pisləyib

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Rusiyanın paytaxtı Moskvadakı konsert zalında törədilən terror aktını kəskin şəkildə pisləyib.
Bu barədə BMT-nin yaydığı yazılı açıqlama bildirilib.
Terror aktı nəticəsində 60 nəfərin öldüyü, 100-dən çox da adamın yaralandığı bildirilən açıqlamada Antonio Quterreşin yaxınlarını itirən ailələrə və Rusiya hökumətinə başsağlığı verdiyi vurğulanıb.
Antonio Quterreşin Rusiyanın paytaxtı Moskvadakı konsert zalında törədilən terror aktını şiddətlə qınadığı və yaralananların tezliklə sağalmasını arzuladığı qeyd olunub.



Әlaqәli Xәbәrlәr