Nigeriyada Lassa qızdırmasından ölənlərin sayı artmaqda davam edir

Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzi (NCDC) tərəfindən verilən açıqlamada 25 fevral - 3 mart tarixləri arasında Lassa qızdırmasının 16 ştatda qeyə alındığı bildirilib.

2118616
Nigeriyada Lassa qızdırmasından ölənlərin sayı artmaqda davam edir

Nigeriyada Lassa qızdırmasından bir həftə ərzində 20 nəfər ölüb.
Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzi (NCDC) tərəfindən verilən açıqlamada 25 fevral - 3 mart tarixləri arasında Lassa qızdırmasının 16 ştatda qeyə alındığı bildirilib.
Açıqlamada bu müddət ərzində Lassa qızdırmasına 109 yoluxma faktının qeydə alındığı vurğulanıb.
Ötən il ölkədə 1170 Lassa qızdırmasına yoluxma faktı qeydə alınmışdı, 219 nəfər həyatını itirmişdi.
Nigeriya hökuməti 2023-cü ilin fevralında Lassa qızdırması epidemiyası ilə əlaqədar "fövqəladə vəziyyət" elan etmişdi.
Lassa qızdırması Nigeriyada ilk dәfә 1969-cu ildә ölkәnin Borno әyalәtindә qeydә alınmışdı.
Qeyd edәk ki, Lassa qızdırması heyvandan insana keçir, xəstəlik ölümcül ola bilər.



Әlaqәli Xәbәrlәr