BMT süni intellekt texnologiyası ilə bağlı ilk qətnamə layihəsini qəbul etdi

BMT Baş Assambleyasında süni intellekt texnologiyalarının inkişafı, istifadəsi, əlçatanlığı və yayılması ilə bağlı sessiya keçirilib

2118705
BMT süni intellekt texnologiyası ilə bağlı ilk qətnamə layihəsini qəbul etdi

 

  Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası süni intellekt texnologiyasını tənzimləmək üçün qlobal əsas təşkil edəcək ilk qətnamə layihəsini qəbul edib.

  BMT Baş Assambleyasında süni intellekt texnologiyalarının inkişafı, istifadəsi, əlçatanlığı və yayılması ilə bağlı sessiya keçirilib.

  Sessiyada ABŞ-ın rəhbərliyi altında və 123 ölkənin dəstəyilə “Qlobal miqyasda təhlükəsiz süni intellekt sistemləri” qərarı yekdilliklə qəbul edilib.

  BMT-yə üzv dövlətlər üçün məcburi olmayan qərar süni intellekt texnologiyalarının inkişafı, istifadəsi, əlçatanlığı və yayılması ilə bağlı ümumi çərçivə və bu sahədə beynəlxalq təhlükəsizliyin təmin edilməsi üçün hüquqi tənzimləmələr üçün əsas yaradır.

  Mövzu ilə bağlı atılacaq addımlara inkişaf etməkdə olan ölkələrin də daxil edilməsini nəzərdə tutan qərar kənd təsərrüfatı, təhsil, səhiyyə və fəlakət öncəsi xəbərdarlıq kimi sahələrdə süni intellekt texnologiyalarının istifadəsini dəstəkləyir.

  Dövlət, qurum və fərdlərin süni intellekt sahəsində tənzimləyici qərarları inkişaf etdirməyə və dəstəkləməyə təşviq edən BMT qərarı inkişaf etdirilən texnologiyanın beynəlxalq hüquqa zidd və ya qeyri-adekvat tədbirlərlə istifadə edilməsinə qarşı xəbərdarlıq edir.

  Avropa Parlamenti (AP) martın 13-də süni intellekt texnologiyalarının cəmiyyətə zərərvurma ehtimalına görə risk əsaslı şəkildə tənzimlənməsi, davranışı manipulyasiya edən və ya adamların zəifliklərindən istifadə edən formaların qadağasını nəzərdə tutan qanunu təsdiqləyib.



Әlaqәli Xәbәrlәr