Dmitri Peskov: ''Yens Stoltenberqin Cənubi Qafqazda keçirdiyi görüşləri yaxından izləyirik''

Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov NATO-nun Cənubi Qafqazda artan təmaslarını diqqətlə izlədiklərini bildirib.

2117687

Dmitri Peskov NATO-nun baş katibi Yens Stoltenberqin Azərbaycan,Gürcüstan və Ermənistana səfərlərini qiymətləndirib.

Sözügedən təmasların Qafqaz ölkələrinin suveren hüquqları olduğunu bildirən Dmitri Peskov NATO-nun regionda təsirini və mövcudluğunu genişləndirmək cəhdlərinin Qafqazda sabitliyə və vəziyyətin proqnozlaşdırılmasına töhfə verəcək xarakter daşımadığını bildirib.
Dmitri Peskov Stoltenberqin səfərlərinin Rusiyanın cənub sərhədlərinin təhlükəsizliyinə təhdid təşkil edib etmədiyi sualına belə cavab verib:
“Biz NATO-nun Qafqazda mövcudluğunu möhkəmləndirmək üçün ümumi istəyini yaxşı bilirik və bu istək adi gözlə görünür”.
Rusiyanın bu səfərləri diqqətlə izlədiyini deyən Dmitri Peskov rəsmi  Moskvanın ilk növbədə bu ölkələrlə əlaqələr və əməkdaşlığa diqqət yetirmək niyyətində olduğunu vurğulayıb.

Etiketlәr: #Qafqaz , #NATO , #Dmitri Peskov

Әlaqәli Xәbәrlәr