Benyamin Netanyahu Rəfahla bağlı bəyanat verdi

İsrailin baş naziri B.Netanyahu Qəzza zolağındakı  hücumlardan qaçan təxminən 1,5 milyon insanın sığındığı cənubdakı Rəfah şəhərinə qarşı gözlənilən quru əməliyyatının qarşısını almaq üçün ölkəsindəki fraksiyaların ABŞ ilə əməkdaşlıq etdiyini iddia edib.

2117703
Benyamin Netanyahu Rəfahla bağlı bəyanat verdi

İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağındakı  hücumlardan qaçan təxminən 1,5 milyon insanın sığındığı cənubdakı Rəfah şəhərinə qarşı gözlənilən quru əməliyyatının qarşısını almaq üçün ölkəsindəki fraksiyaların ABŞ ilə əməkdaşlıq etdiyini iddia edib.
''Walla'' xəbər agentliyinin yaydığı məlumata görə, Benyamin Netanyahu Xarici Əlaqələr və Təhlükəsizlik Komitəsində keçirilən təkbətək görüşdə İsraildəki bəzi aktyorların “Həmas-a qarşı qələbənin” qarşısını almağa çalışdığını qeyd edib.
“İsraildəki fraksiyalar İsrailin Rəfahdakı quru əməliyyatının qarşısını almaq üçün ABŞ-la əməkdaşlıq edir”,-deyə Benyamin Netanyahu qeyd edib.
''Həmas''a qarşı kampaniya apardıqlarını və Rəfaha hücum etməkdən başqa çarə olmadığını iddia edən Benyamin Netanyahu ABŞ-ın buna qarşı çıxmasının səbəbinin Fələstin dövlətinin qurulmasına mane olması olduğunu iddia edib.
ABŞ ilə "Həmas''ı məhv etmək mövzusunda deyil, quru əməliyyatı ilə Rəfaha daxil olmaq mövzusunda fikir ayrılığının olduğunu qeyd edən Benyamin Netanyahu deyib: "Həması məhv etmək üçün başqa bir yol görmürük. Qərarlıyıq''.



Әlaqәli Xәbәrlәr