Devid Kameron Qәzzadakı vәziyyәti qiymәtlәndirib

Böyük Britaniyanın xarici işlər naziri Devid Kameron Qəzzaya böyük miqdarda yardımın daxil olmasının qarşısının alındığını ifadə edərək deyib: "Aclığın qarşısını almaq üçün təcili tədbirlər görməliyik".

2117009

Devid Kameron Birləşmiş Millətlər Təşkilatına tabe olan  təşkilatlar tərəfindən hazırlanan hesabatla bağlı açıqlamalar verib.

Hesabata görə, Qəzzada aclığın həyəcan verici həddə çatdığını vurğulayan Devid Kameron deyib: "Mövcud status-kvo davam etdirilə bilməz. Aclığın qarşısını almaq üçün təcili tədbirlər görməliyik".

Devid Kameron ölkəsinin Qəzzaya daha çox yardımın çatdırılması üçün əlindən gələni etdiyini, dekabrda Qəzzaya 750 ton, yanvarda isə 315 ton ərzaq yardımı göndərdiklərini bildirib.

İsrailə çağırış edən Devid Kameron deyib:

"Ancaq bu da bir həqiqətdir ki, bölgəyə daha çox yardımın daxil olmasının qarşısı alınır. Bu dəyişməlidir. Daha çox sərhər-keçid məntəqəsi daha uzun müddət açıq qalmalıdır. Səhiyyə, su və kanalizasiya xidmətlərinin bərpasına ehtiyac var. Təcili humanitar fasilə bunlara nail olmağın ən yaxşı yoludur”.

Әlaqәli Xәbәrlәr