Cozep Borrel: ‘‘Yeganә hәll yolu İsrailә siyasi tәzyiq göstәrmәkdir’’

Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel Qəzzadakı vəziyyətin qəbuledilməz olduğunu ifadə edərək deyib:  “Yeganə həll yolu İsrailə siyasi təzyiq göstərməkdir”.

2117008

Cozep Borrel Aİ ölkələrinin xarici işlər nazirlərinin görüşündən sonra keçirdiyi mətbuat konfransında bildirib ki, İrlandiya və İspaniyanın İsrail-Aİ Assosiasiya Sazişinə yenidən baxılması tələbi ilk dəfə müzakirə olunub.

Nazirlərin Qəzzadakı vəziyyəti müzakirə etmək üçün İsraillə daha çox görüş keçirmək mövzusunda razılaşdıqlarını qeyd edən Borrell, razılaşmanın dayandırılması ilə bağlı hər hansı qərarın qəbul olmadığını və məsələnin müzakirəsinin davam etdiriləcəyini bildirib.

Borrell tərəfləri dinləmək üçün İsrailin xarici işlər naziri Yisrael Katz və Fələstinin yeni baş naziri Məhəmməd Mustafanın Aİ xarici işlər nazirlərinin növbəti toplantısına dəvət oluna biləcəyini bildirib.

Aİ-nin İsrailə təzyiq etdiyini vurğulayan Cozep Borrell deyib: "Bu vəziyyətin qəbuledilməz olduğunu başa düşmələri üçün İsrailə siyasi və diplomatik təzyiqlər edirik. Aİ-nin bütün siyasi liderləri bunu həmişə deyiblər və bu gün də vəziyyətin qəbuledilməz olduğu mövzusunda aydın bir razılaşma var idi. Yeganə həll yolu İsrailə siyasi təzyiq göstərməkdir".

Әlaqәli Xәbәrlәr