İsrailin Qəzza zolağına etdiyi hücumlarda həlak olan fələstinlilər

İsrail ordusunun yardımların çatmasına mane olaraq aclığa səbəb olan Qəzza zolağına 7 oktyabrdan bəri həyata keçirdiyi hücumlarda can itkisi son 24 saatda 81 nəfər artaraq 31 min 726 nəfərə çatıb.

2116858

Qəzzadakı Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin 164 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib.

İsrail qüvvələrinin Qəzza zolağına qarşı son 24 saatda təşkil etdiyi hücumlarda daha 81 fələstinlinin həyatını itirdiyi, 116 fələstinlinin isə yaralandığı bildirilib.

Oktyabrın 7-dən etibarən İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayının 31 min 726-ya, yaralıların sayının isə 73 min 792-yə yüksəldiyi bildirilib.

Səhiyyə Nazirliyi dağıntılar altında və yol kənarında ölənlərin olduğunu da qeyd edib, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qrupları və mülki müdafiə nümayəndələri cəsədlərə çata bilməyib.

Әlaqәli Xәbәrlәr