BMT İsrailin Rəfaha qarşı quru əməliyyatına münasibət bildirdi

BMT-nin sözçüsü Stefan Dujarrik jurnalistlərə açıqlamasında bildirib ...

2116332
BMT İsrailin Rəfaha qarşı quru əməliyyatına münasibət bildirdi

 

  Birləşmiş Millətlər Təşkilatı İsrailin Rəfaha qarşı quru əməliyyatının Qəzza əhalisi və humanitar yardım üçün fəlakətli nəticələrə səbəb olacağı barədə xəbərdarlıq edib.

  BMT-nin sözçüsü Stefan Dujarrik jurnalistlərə açıqlamasında İsrailin baş naziri Binyamin Netanyahunun Qəzzanın cənubundakı Rəfaha hücum planını təsdiqləməsi xəbərini gördüklərini və bunun son dərəcə narahatlıq doğurduğunu bildirərək deyib: "Rəfaha qarşı quru əməliyyatı Qəzza xalqı və humanitar yardım göndərmək üçün fəlakətli nəticələrə səbəb olacaq. Bunun qarşısının alınacağına ümid edirik”.

  Xatırladaq ki, İsrail Baş Nazirliyi Mətbuat Xidməti B.Netanyahunun İsrail ordusunun Rəfaha hücum planını təsdiqlədiyilə bağlı yazıb: "Ordu əməliyyata və mülki əhalinin təxliyəsinə hazırlaşır".

  Qeyd edək ki, Rəfaha hücuma icazə ABŞ və Misir də daxil olmaqla, beynəlxalq ictimaiyyətin təxminən 1,5 milyon məcburi köçkün fələstinlinin yaşadığı Rafaha girməmək barədə xəbərdarlıqlarına baxmayaraq verilib.

  Bu arada, “Həmas” İsraillə atəşkəs və əsir mübadiləsi razılaşması ilə bağlı təklifi Qətər və Misirdəki vasitəçilərə göndərib, amma İsrail Baş Nazirliyi bunu "məntiqsiz" adlandırıb.



Әlaqәli Xәbәrlәr