“NATO qoşunlarının Ukraynaya göndərilməsi III Dünya Müharibəsi deməkdir”, A.Tayani

Veronada iştirak etdiyi tədbirdə sualları cavablandıran A.Tayani Fransa prezidenti Emmanuel Makronun Ukraynaya qoşun yeritmək imkanından bəhs etməsi ilə bağlı deyib ...

2116188
“NATO qoşunlarının Ukraynaya göndərilməsi III Dünya Müharibəsi deməkdir”, A.Tayani

 

  İtaliya baş nazirinin müavini və xarici işlər naziri Antonio Tayani (Tajani) NATO qoşunlarının Ukraynaya göndərilməsinin III Dünya Müharibəsinin başlaması riskini daşıyacağını bildirib.

  Veronada iştirak etdiyi tədbirdə sualları cavablandıran A.Tayani Fransa prezidenti Emmanuel Makronun Ukraynaya qoşun yeritmək imkanından bəhs etməsi ilə bağlı deyib: "Düşünürəm ki, NATO Ukraynaya girməməlidir. Ümid edirəm, belə bir şey olmaz. Ukraynaya gedib Rusiya ilə müharibə etmək III Dünya Müharibəsi riski deməkdir.

  Beynəlxalq hüququ və Ukraynanın azadlığını müdafiə edirik, lakin Rusiya ilə müharibəyə girmək istəmirik. Rəsmi Kiyevə hər cür hərbi, iqtisadi və texniki vasitələr veririk, amma müharibəyə getmək mənə səhv kimi görünür. İtaliyalılar bunu istəmir.

  İtaliya əsgərlərinin Ukraynaya getməsi söz mövzusu olmadı, olmayacaq.

  Qırmızı dəniz, Livan, İraq və Afrikada ticarət gəmilərinin qorunmasında da İtaliya ordusu yaxşı iş gördü və sülh daşıyıcısı olduğunu göstərdi”.



Әlaqәli Xәbәrlәr