İran İsrail, İngiltərə və Amerika gəmilərinə qarşı

Mövzu ilə bağlı ABŞ və İsraildən hələlik heç bir açıqlama verilməyib

2116170
İran İsrail, İngiltərə və Amerika gəmilərinə qarşı

 

  Yəməndə İranın dəstəklədiyi husilər Qırmızı dənizdə ABŞ və İsrail gəmilərini hədəf aldıqlarını açıqladı.

  Husilərin hərbi sözçüsü Yəhya Seri deyib: “Qırmızı dənizdə İsrailin “Pacific 01” gəmisinə dəniz raketləri, ABŞ-ın esminesinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum etdik və hədəfləri uğurla vurduq. İsrailə bağlı gəmilərə qarşı hücumlar bundan sonra Hind okeanında Ümid burnuna doğru üzən gəmiləri də əhatə edəcək”.

  Husilərin başçısı Əbdülməlik əl-Husi də martın 14-dəki televiziya çıxışında deyib: “Düşmənlə (İsrail, İngiltərə və Amerika) əlaqəli gəmilərin Hind okeanından Ümid burnuna keçməsinin qarşısını alacağıq”.  

  Mövzu ilə bağlı ABŞ və İsraildən hələlik heç bir açıqlama verilməyib.



Әlaqәli Xәbәrlәr