Cənubi Koreya və ABŞ genişmiqyaslı desant təlimləri də keçirdi

Birgə təlimlər Şimali Koreyanın artan hərbi fəallığı fonunda baş tutub ...

2115955
Cənubi Koreya və ABŞ genişmiqyaslı desant təlimləri də keçirdi

 

  Cənubi Koreya və ABŞ Hərbi Hava Qüvvələrinin 40-a yaxın döyüş təyyarəsi şərti düşmənin qanadlı raketləri və artilleriyası ilə mübarizə üzrə birgə təlimlərə cəlb edilib. "Yonhap" agentliyi bu barədə Cənubi Koreya ordusuna istinadla məlumat yayıb.

  Martın 11-dən 15-dək Cənubi Koreyanın qərb sahillərində keçirilən təlimlərə bu ölkənin F-35A, F-15K və F-4E, ABŞ-ın isə A-10 və F-16 təyyarələri cəlb olunub. Pilotlar aşağı hündürlükdə uçan qanadlı raketlərə və uzaqmənzilli artilleriyaya qarşı “hava-hava” və “hava-yer” raketlərindən, həmçinin idarə olunan bombalardan istifadə ediblər.

  Eyni zamanda, Cənubi Koreya və ABŞ genişmiqyaslı desant təlimləri də keçirib. Təlimlərdə 1,4 minə yaxın hərbi qulluqçu və 40-a yaxın helikopter və nəqliyyat təyyarəsi iştirak edib.

  Birgə təlimlər Şimali Koreyanın artan hərbi fəallığı fonunda baş tutub. Belə ki, KXDR ilin əvvəlindən bəri beş qanadlı raketin sınağını həyata keçirib, həmçinin martın 7-də irimiqyaslı artilleriya təlimlərinə başlayıb. Təlimlərdə Seul şəhərinə zərbə endirməyə qadir olan uzaqmənzilli silahlardan da istifadə olunub.



Әlaqәli Xәbәrlәr