İsrail qüvvələri 10 fələstinlini də saxladı

İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilində biri qadın olmaqla daha 10 fələstinlini saxlayıb.

2115081
İsrail qüvvələri 10 fələstinlini də saxladı

İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilində biri qadın olmaqla daha 10 fələstinlini saxlayıb.
Fələstin Əsirlər Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına tabe olan əsir və azad edilənlər heyətinin yaydığı birgə bəyanatda İsrail qüvvələrinin İordan çayının qərb sahilində basqınlarını davam etdirdiyi bildirilib.
İsrail qüvvələrinin işğal altındakı İordan çayının qərb sahilinin Tubas, Ramallah, Cenin və El Halil şəhərlərində biri qadın olmaqla 10 fələstinlini saxladığı bildirilib.
Açıqlamada 2023-cü ilin 7 oktyabr tarixindən etibarən İordan çayının qərb sahilində və Şərqi Qüdsdə İsrail tərəfindən saxlanılan fələstinlilərin sayının 7 565-ə yüksəldiyi bildirilib.
İsrail ordusunun Qəzza zolağına təşkil etdiyi hücumdan sonra İordan çayının qərb sahili ilə Şərqi Qüdsdə həbs edilənlərin və basqınların sayında artım müşahidə olunub.



Әlaqәli Xәbәrlәr