CENTCOM bəyanat yaydı

Amerika Birləşmiş Ştatları İranın dəstəklədiyi husilərin Ədən körfəzinə gəmi əleyhinə ballistik raket atdığını açıqlayıb.

2115404
CENTCOM bəyanat yaydı

Amerika Birləşmiş Ştatları İranın dəstəklədiyi husilərin Ədən körfəzinə gəmi əleyhinə ballistik raket atdığını açıqlayıb.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) rəsmi ''X'' internet səhifəsində  məsələ ilə bağlı açıqlama verib.

Açıqlamada husilərin Ədən körfəzinə doğru gəmi əleyhinə ballistik raket atdığı açqeyd olunub.

Raketin heç bir gəmiyə ddüşmədiyi, xəsarət alan olmadığı və dağıntıya səbəb olmadığı bildirilib.

Açıqlamada CENTCOM-un husilərin nəzarətində olan bölgələrdə 4 pilotsuz uçuş aparatı (PUA) və bir  raketi məhv etdiyi vurğulanıb.

Açıqlamada həmçinin məhv edilən silahların bölgədəki ticarət gəmiləri və ABŞ Hərbi Dəniz Qüvvələri üçün təhlükə yaratdığı iddia edilib və bu müdaxilənin "naviqasiya azadlığını qorumaq" üçün edildiyi qeyd edilib.



Әlaqәli Xәbәrlәr