İngiltərədə monarxiya əleyhinə çıxdılar

Mərasimdə İngiltərə kraliçası Kamilla, Uels şahzadəsi Uilyam, şahzadə Anne və Edinburq hersoqu şahzadə Edvard, həmçinin xarici işlər naziri Devid Kemeron iştirak ediblər

2114156
İngiltərədə monarxiya əleyhinə çıxdılar

 

  İngiltərədə monarxiyanın əleyhdarları İngiltərə Millətlər Cəmiyyəti Günündə (Commonwealth Day) – “Birlik günü”də kral ailəsinə etiraz ediblər.

  Paytaxt Londondakı Vestminster Abbey kilsəsində “Birlik günü” münasibətilə keçiriləcək mərasimdən əvvəl kilsənin qarşısına toplaşan nümayişçilər monarxiyanın ləğvi tələbi ilə etiraz bildiriblər.

  “Respublika” anti-monarxiya təşviqat qrupunun təşkil etdiyi nümayişdə iştirakçılar “Monarxiyaya son”, “Kral ailəsini qovaq” yazılmış plakatlar qaldırıb və “O, mənim kralım deyil” şüarları səsləndiriblər.

  Mərasimdə İngiltərə kraliçası Kamilla, Uels şahzadəsi Uilyam, şahzadə Anne və Edinburq hersoqu şahzadə Edvard, həmçinin xarici işlər naziri Devid Kemeron iştirak ediblər.



Әlaqәli Xәbәrlәr