Husilər ABŞ-a məxsus gəmiyə hücum etdi

İranın dəstəklədiyi husilər Amerika Birləşmiş Ştatlarının (ABŞ) Qırmızı dənizdəki ''Pinocchio'' gəmisini dəniz raketləri ilə hədəf aldıqlarını açıqlayıb.

2114129
Husilər ABŞ-a məxsus gəmiyə hücum etdi

İranın dəstəklədiyi husilər Amerika Birləşmiş Ştatlarının (ABŞ) Qırmızı dənizdəki ''Pinocchio'' gəmisini dəniz raketləri ilə hədəf aldıqlarını açıqlayıb.

Husilərin hərbi məsələlər üzrə sözçüsü Yəhya Seri rəsmi ''Telegram'' və  ''X'' internet səhifələrində hücumla bağlı açıqlama verib. Husi dəniz qüvvələrinin ABŞ-a məxsus "Pinocchio" gəmisinə raketlərlə hücum etdiyini bildirən Seri, gəminin birbaşa zərbə aldığını bildirib.

Husi qüvvələrinin Ramazan ayı ərzində hərbi əməliyyatlarını artıracağını və Fələstin xalqına dəstək və yardım mövzusunda dini, mənəvi və humanitar vəzifələrini yerinə yetirməyə davam edəcəklərini ifadə edən Seri İsrailin Qəzzaya hücumları davam etdiyi mütdətcə  Qırmızı dəniz və Oman dənizindəki  hücumların davam edəcəyini qeyd edib.
Husilərin Əl-Mesirah televiziya kanalının ''Telegram'' səhifəsindəki xəbərdə ABŞ və İngiltərənin ölkənin qərbindəki Hudeydə şəhərinə 13 hava hücumu təşkil etdiyi açıqlanıb.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) da Qırmızı dənizdə Husilərin nəzarətində olan bölgələrə 6  hücum həyata keçirdiklərini açıqlayıb.
Açıqlamada hücumda bir pilotsuz sualtı vasitəsi və 18 gəmi əleyhinə raketin hədəf alındığı, bu silahların bölgədəki ticarət gəmiləri və ABŞ Hərbi Dəniz Qüvvələrinə aid gəmilər üçün təhlükə yaratdığının müəyyən edildiyi bildirilib.
Açıqlamada həmçinin bildirilib ki, hücumlar “naviqasiya azadlığını qorumaq və beynəlxalq suları ABŞ donanması və ticarət gəmiləri üçün daha təhlükəsiz etmək məqsədilə həyata keçirilib.
Husilərin dəniz raketləri ilə hədəf aldığı ''Pinocchio'' gəmisinin ABŞ-a deyil, Sinqapura aid Liberiya bayrağı altında üzən ticarət gəmisi olduğu və gəminin hücum nəticəsində zərər görmədiyi qeyd edilib.

İranın dəstəklədiyi husilər İsrailin Qəzzaya etdiyi hücumlara reaksiya olaraq oktyabrın 31-də İsrail şirkətlərinə məxsus ticarət gəmilərini ələ keçirməyə və bəzilərinə pilotsuz uçuş aparatları və raketlərlə hücum etməyə başladılar.



Әlaqәli Xәbәrlәr