“Ağ bayraq qaldırıb danışıqlar aparmağa cəsarəti olan daha güçlüdür”

İsveçrə Radio Televiziyası – RSİ-a verdiyi müsahibədə Papa Fransisk Ukrayna-Rusiya müharibəsinə də toxunaraq deyib ...

2113234
“Ağ bayraq qaldırıb danışıqlar aparmağa cəsarəti olan daha güçlüdür”

 

  Katoliklərin ruhani başçısı və Vatikanın rəhbəri Papa Fransisk Ukraynanın danışıqlar aparmaq üçün cəsarət tapması lazım olduğunu və Türkiyənin də bu məsələdə vasitəçilik təklif etdiyini bildirib.

  İsveçrə Radio Televiziyası – RSİ-a verdiyi müsahibədə Papa Fransisk Ukrayna-Rusiya müharibəsinə də toxunaraq deyib: “Vəziyyəti görən, xalqını düşünən, ağ bayraq qaldırıb danışıqlar aparmağa cəsarəti olan daha güclüdür. Bu gün beynəlxalq qüvvələrin köməyi ilə danışıqlar aparmaq mümkündür. Məğlub olduğunuzu, işlərin istədiyiniz kimi getmədiyini görüncə danışıqlara cəsarət göstərmək lazımdır. Tərəddüd edirsinizsə, düşünün: bu müharibədir, hələ nə qədər ölüm olmalıdır ki?

  Mən hər iki tərəfi vaxtında danışıqlara çağırıram. Artıq vasitəçilik etmək üçün ölkə axtarmaq lazımdır. Məsələn, bu gün Ukraynadakı müharibədə vasitəçilik etmək istəyən çox ölkə var. Türkiyə prosesi başlaya bilər.

  İşlər bundan daha artıq pisləşmədən danışıqlar aparmaqdan çəkinməyin."



Әlaqәli Xәbәrlәr