İsrail qüvvәlәrinin sәrt müdaxilәsi nәticәsindә 3 fәlәstinli dә yaralandı

İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilində biri uşaq olmaqla 3 fələstinlini yaralayıb.

2113056
İsrail qüvvәlәrinin sәrt müdaxilәsi nәticәsindә 3 fәlәstinli dә yaralandı

İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilində biri uşaq olmaqla 3 fələstinlini yaralayıb.

Fələstinin WAFA xəbər agentliyinin yaydığı məlumata görə, İsrail qüvvələri Ramallahın şimalındakı Qalandiya keçid məntəqəsi yaxınlığında 15 yaşlı yeniyetməyə atəş açıb.

Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən açıqlamada, Nablus şəhərində İsrail əsgərlərinin açdığı atəş nəticəsində yaralanan 20 yaşlı fələstinli gəncin  xəstəxanaya aparıldığı bildirilib.

Açıqlamada 41 yaşlı bir fələstinlinin də El Halil şəhərində İsrail əsgərləri tərəfindən döyüldüyü qeyd edilib.

Yaralıların vəziyyəti və kimliyi ilə bağlı məlumat verilməyib.

Qeyd edәk ki, oktyabrın 7-dən bəri işğal altındakı İordan çayının qərb sahili və Qüdsdə İsrail qüvvələrinin və yəhudilərin hücumları nəticəsində 424 fələstinli həyatını itirib.

İsrailin oktyabrın 7-dən bəri Qəzza və işğal altındakı İordan çayının qərb sahilində saxladığı fələstinlilərin sayının 7490-a yüksəldiyi açıqlanıb.



Әlaqәli Xәbәrlәr