BMT Ukraynada hәlak olan mülki vәtәndaşların sayını açıqladı

Birləşmiş Millətlər Təşkilatı (BMT) Rusiya-Ukrayna müharibəsi nəticəsində  həyatını itirən mülki vətəndaşların sayının  10703 nəfərə çatdığını, 20146 nəfərin də yaralandığını açıqlayıb.

2113060

BMT Təhlükəsizlik Şurasında (BMT TŞ) Ukraynadakı son vəziyyət müzakirə olunub.

Burada çıxış edən BMT baş katibinin Yaxın Şərq, Asiya və Sakit Okean üzrə müavini Mohamed Xaled Xiari münaqişənin Ukraynanın şərqindəki yaşayış məntəqələrinə sıçramasına görə narahat olduqlarını bildirib.

Xaled Xiari qeyd edib ki, Rusiya qüvvələri Ukraynanın müharibənin getdiyi kənd, qəsəbə və şəhərlər demək olar ki, tamamilə dağıdıb.

Sözügedən hücumların beynəlxalq hüquqa zidd olduğunu və dərhal sona çatdırılmasının vacibliyini vurğulayan Xaled Xiari deyib: "Rusiyanın Ukraynaya təcavüzü 10 703 mülki şəxsin ölümünə səbəb oldu. Onlardan 549-u uşaqdır. 20 min 146 nəfər yaralanıb. Mülki vətəndaşlara və mülki infrastruktura edilən bütün hücumları qınayırıq''.

Etiketlәr: #müharibə , #Rusiya , #Ukrayna , #BMT

Әlaqәli Xәbәrlәr