BMT Tәhlükәsizlik Şurası Sudanla bağlı qәtnamә qәbul etdi

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) Sudanda Ramazan ayında atəşkəslə bağlı qətnamə layihəsini qəbul edib.

2113070
BMT Tәhlükәsizlik Şurası Sudanla bağlı qәtnamә qәbul etdi

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) Sudanda Ramazan ayında atəşkəslə bağlı qətnamə layihəsini qəbul edib.

BMT TŞ-də keçirilən sessiyada Böyük Britaniyanın təqdim etdiyi qanun layihəsi səsə qoyulub.

Qanun layihəsinin lehinə 15 üzvdən 14-ü səs verib, 1-i bitərəf qalıb.

Səsvermədə bitərəf qalan Rusiyanın siyasi məsələlər üzrə daimi nümayəndəsinin müavini Anna Evstiqneyeva deyib: “Biz Qərb ölkələrinin əsl niyyətlərini yaxşı bilirik”.

Eyni ölkələrin Qəzzada atəşkəsin qarşısını aldığını qeyd edən Evstiqneyeva 30 mindən çox insanın həyatını itirdiyi Qəzzada atəşkəs tələb edilməməsinin ikili standartları açıq şəkildə ortaya qoyduğunu bildirib.

Evstiqneyeva Amerika Birləşmiş Ştatlarının (ABŞ) Qəzzada atəşkəs tələb edən qətnamə layihələrinə veto qoyduğunu, bu sahədəki diplomatik təşəbbüsləri bəhanə etdiyini xatırladaraq, indi Sudanda diplomatik təşəbbüslər həyata keçirmək üçün doğru zamanın gəldiyini qeyd edib.

Söhbət Sudan xalqının həyatından getdiyi üçün qətnamə layihəsinə veto qoymadıqlarını bildirən Evstiqneyeva qeyd edib ki, Sudan xalqı münaqişəyə özləri son qoymalıdır.


Etiketlәr: #Rusiya , #Sudan , #BMT

Әlaqәli Xәbәrlәr