Kim Çen In orduya praktiki hərbi təlimlərin artırılması üçün göstəriş verib

Şimali Koreya lideri Kim Çen In Koreya Xalq Ordusunun əsas bazasına səfəri zamanı praktiki hərbi təlimlərin artırılmasına çağırıb.

2112268
Kim Çen In orduya praktiki hərbi təlimlərin artırılması üçün göstəriş verib

Şimali Koreya lideri Kim Çen In Koreya Xalq Ordusunun əsas bazasına səfəri zamanı praktiki hərbi təlimlərin artırılmasına çağırıb.

Bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.

Kim Çen In martın 6-da Koreya Xalq Ordusunun ölkənin qərb hissəsindəki əməliyyat təlimləri üçün nəzərdə tutulmuş iri bazasına baş çəkib, burada təlim obyektlərinə baxış keçirib və hərbi hissələrin praktiki manevrlərinə nəzarət edib. Onu Şimali Koreyanın müdafiə naziri Kanq Sun Nam və Koreya Xalq Ordusunun Baş Qərargah rəisi Li Yonq Gil qarşılayıb.

Kim səfər zamanı təlim obyektlərinə və hərbi hissələrin hazırlığına baxış keçirərkən Orduya, "əzici gücə" sahib düşmənlərə və onların "müharibənin alovlanmasına yönəlmiş ən kiçik cəhdlərinə" nəzarət etmək üçün orduya döyüş qabiliyyətini artırmaq üçün təlimləri artırmağı tapşırıb.

Cənubi Koreya və ABŞ-ın birgə təlimini pisləyən Kim bu ölkələrə "ciddi cavab veriləcəyi" barədə xəbərdarlıq edib.

Cənubi Koreya və ABŞ "ortaq müdafiə mövqeyini gücləndirmək" məqsədi ilə martın 4-də "Azadlıq Qalxanı" adlı birgə hərbi təlimə başlayıb.

Təlimin iki ölkənin ortaq müdafiə mövqeyini artırmaq məqsədi daşıdığı, quru, dəniz, hava və kiber alətlərdən istifadə ilə çoxdomenli əməliyyatlara və nüvə əməliyyatlarına cavab veriləcəyi bildirilib.

Şimali Koreya bu cür birgə hərbi təlimləri işğal məşqi kimi xarakterizə etsə də, Seul və Vaşinqton bu iddiaları rədd edərək, hərbi təlimlərin müdafiə məqsədi daşıdığını bildirir.



Әlaqәli Xәbәrlәr