Pakistanda leysan yağışları 32 nəfərin ölümünə səbəb olub

Pakistanda leysan yağışlar nəticəsində həyatını itirənlərin sayı 32-yə, yaralıların sayı isə 38-ə yüksəlib.

2110505
Pakistanda leysan yağışları 32 nəfərin ölümünə səbəb olub

Pakistanda leysan yağışlar nəticəsində həyatını itirənlərin sayı 32-yə, yaralıların sayı isə 38-ə yüksəlib.

Fövqəladə Hallar İdarəsindən verilən açıqlamaya görə, ölkə daxilində son 3 gündür təsirli olan yağışların səbəb olduğu fəlakət və qəzalarda 32 nəfər həyatını itirib.

Ölkənin Hayber-Paxtunxva və Bəlucistan əyalətlərində güclü yağışla müşayiət olunan qar sürüşmələrinə, evlərin dam və divarlarının uçmasına səbəb olub, bəzi yollar nəqliyyatın hərəkəti üçün bağlanıb, elektrik və telefon dirəkləri sıradan çıxıb.

Yağışlar nəticəsində baş verən fəlakət və qəzalarda Hayber-Paxtunxva əyalətində 27 nəfər ölüb, 38 nəfər yaralanıb, Bəlucistan əyalətində isə 5 nəfər ölüb.

Bəlucistan əyalətinin Baş naziri Sarfraz Buqti mətbuat konfransında bildirib ki, güclü yağışlar Qvadar şəhərində təxminən 700 evə ziyan vurub.



Әlaqәli Xәbәrlәr