İsrailin hücumları nəticəsində həyatını itirən fələstinlilərin sayı 30 534 nəfərə çatıb

İsrail ordusunun mühasirə altındakı Qəzza zolağına təşkil etdiyi hücumlar nəticəsində həlak olanların sayı son 24 saatda 124 nəfər artaraq 30 534 nəfərə, xəsarət alanların sayı da 71 920 minə çatıb.

2110692

Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi tərəfindən edilən yazılı açıqlamada İsrailin 150 gündür həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib.

Açıqlamada İsrail ordusunun son 24 saatda daha 124 fələstinlini öldürdüyü, ümumi itkilərin isə 30 min 534-ə yüksəldiyi bildirilib.

Qeyd olunub ki, son hücumlarda 210 fələstinli yaralanıb, bununla da yaralıların ümumi sayı 71 min 920-yə yüksəlib.

Açıqlamada həmçinin İsrailin Qəzzada son 24 saatda “13 qırğın” törətdiyi, dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, ancaq İsrail qüvvələrinin, tibb qruplarının və mülki müdafiə rəsmilərinin maneəsi səbəbiylə cəsədlərə çata bilmədi vurğulanıb.

Әlaqәli Xәbәrlәr