Co Bayden: ''Qəzzaya havadan humanitar yardım çatdıracağıq''

ABŞ prezidenti Co Bayden yaxın günlərdə Qəzzaya havadan humanitar yardım çatdırmağa başlayacaqlarını və bölgəyə daha çox humanitar yardım çatdırmaq üçün İsraillə yaxın təmasda olduqlarını açıqlayıb.

2109894

Co Bayden İtaliyanın Baş naziri Corciya Melonini Ağ Evdə qəbul edib.
Görüş zamanı jurnalistlərə gündəmlə bağlı açıqlamalar verən Co Bayden yardım gözləyərkən İsrail tərəfindən güllələnərək öldürülən qəzzalı mülki şəxslərlə bağlı deyib: “Fələstinlilər humanitar yardıma çatmağa çalışarkən yaşanan olay faciəvi və qorxuludur. ABŞ olaraq daha çox şey etməliyik. Yaxın günlərdə biz İordaniyaya qoşularaq Qəzzaya havadan humanitar yardım çatdırmağa başlayacağıq".

Co Bayden qeyd edib ki, bölgəyə daha çox humanitar yardım göndərilməsi üçün İsrail tərəfi ilə danışıqları davam etdirirlər.

Әlaqәli Xәbәrlәr