Vladimir Putin kosmosdakı təhlükələrlə mübarizə məsələsini qiymətləndirib

Rusiya prezidenti Vladimir Putin ölkəsinin Təhlükəsizlik Şurası ilə kosmosdakı təhlükələrlə mübarizə məsələsini müzakirə edib.

2109799
Vladimir Putin kosmosdakı təhlükələrlə mübarizə məsələsini qiymətləndirib

Rusiya prezidenti Vladimir Putin ölkəsinin Təhlükəsizlik Şurası ilə kosmosdakı təhlükələrlə mübarizə məsələsini müzakirə edib.

Rusiya Prezident İqamətgahından verilən yazılı açıqlamaya görə, Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının üzvləri ilə onlayn qaydada görüş keçirib.

Görüşdə  Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə yanaşı, hökumət üzvləri, Federal Təhlükəsizlik Xidmətinin (FSB) rəhbəri Aleksandr Bortnikov və Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) rəhbəri  Sergey Narışkin iştirak ediblər.

Vladimir Putin görüşün mətbuata açıq hissəsində etdiyi çıxışda Qərbdə “Rusiya kosmosa nüvə silahı yerləşdirməyi planlaşdırır” bəyanatlarının səsləndiyinə diqqət çəkərək “Bizim belə bir planımız yoxdur” deyib. 

Kosmosda mümkün təhlükələrin aradan qaldırılması məsələsinin Rusiyanın maraq dairəsində olması lazım olduğunu vurğulayan Vladimir Putin bu məsələnin görüşdə müzakirə ediləcəyini bildirib.



Әlaqәli Xәbәrlәr