İordaniya Qəzzanın şimalına ərzaq yardımı çatdırıb

İordaniya ordusu Qəzza zolağının şimalına ərzaq yardımı çatdırmaq üçün 3 təyyarə göndərdiyini açıqlayıb.

2109719
İordaniya Qəzzanın şimalına ərzaq yardımı çatdırıb

İordaniya ordusu Qəzza zolağının şimalına ərzaq yardımı çatdırmaq üçün 3 təyyarə göndərdiyini açıqlayıb.

Məsələ ilə bağlı İordaniya ordusunun rəsmi saytında açıqlama verilib.

Açıqlamada İordaniya Silahlı Qüvvələrinin Kral Hərbi Hava Qüvvələrinə aid 3 ədəd C-130 tipli təyyarə ilə Qəzza zolağının şimalındakı bəzi bölgələrə ərzaq yardımı çatdırdığı bildirilib.

Açıqlamada yardım uçuşlarının İordaniyanın İsrailin hücumlarına məruz qalan Qəzza zolağı xalqına dəstək səyləri çərçivəsində reallaşdığı vurğulanradaq deyilib:
“Bu yardımlar İordaniyanın müharibənin nəticələrini yüngülləşdirmək və ciddi ərzaq və dərman kəsirini aradan qaldırmaq üçün Qəzza zolağında yaşayanlara daha çox tibbi yardım və ərzaq yardımı göndərmək üzrə davam edən səylərinin bir hissəsidir”.

Açıqlamada İordaniya Marka Beynəlxalq Hava Limanı ilə Misirin Əl-Ariş Hava Limanı arasında qurulan hava körpüsünün uçuşlar üçün istifadə edildiyi, Qəzzaya yardımların davam etdiriləcəyi bildirilib.

İordaniya ordusu dünən Oman və Bəhreynlə əməkdaşlıq edərək, İsrailin hücumları və blokadası altında olan Qəzza zolağına humanitar yardım daşıdığını açıqlayıb.



Әlaqәli Xәbәrlәr