F-16 hərbi təyyarələrin "Türkiyeyə satışını əngəlləyən” qanun layihəsi qəbul edilmədi

ABŞ Senatı "Türkiyeyə F-16 hərbi təyyarələrinin satışının əngəllənməsini” nəzərdə tutan qanun layihəsini rədd edib.

2109453
F-16 hərbi təyyarələrin "Türkiyeyə satışını əngəlləyən” qanun layihəsi qəbul edilmədi

ABŞ Senatı "Türkiyeyə F-16 hərbi təyyarələrinin satışının əngəllənməsini” nəzərdə tutan qanun layihəsini rədd edib.

Senatın Baş Assambleyasında fevralın 5-də Kentukki senatoru Sand Paulun təqdim etdiyi qanun layihəsinin qəbulu və ya rədd edilməsi ilə bağlı səsvermə keçirilib.

F-16 hərbi təyyarələrinin Türkiyeyə satışına mane olan qanun layihəsinin lehinə 13, əleyhinə 79 verilib. 

Beləliklə, ABŞ-ın Türkiyeyə F-16 təyyarələrinin satışını əngəlləmək üçün Paulun tək başına təklif etdiyi təşəbbüs Senatda böyük səs fərqi ilə rədd edilib.

Qeyd edək ki, yanvarın 26-da ABŞ Dövlət Departamenti Türkiyeyə 40 ədəd F-16 qırıcısının satışı və mövcud F-16 hərbi təyyarələrin modernləşdirilməsi ilə bağlı Konqresə rəsmi bildiriş göndərib.

Rəsmi bildirişdən sonra başlayan 15 günlük araşdırma və etiraz prosesində yalnız Kentukki senatoru Rand Paulun Senata təqdim etdiyi etiraz gündəmə gətirilib və sözügedən qanun layihəsi Senatın Xarici Əlaqələr Komitəsinə göndərilib. Burada qanun layihəsi ilə bağlı 15 günlük müddət ərzində hər hansı əməliyyat olmayıb.

ABŞ rəhbərliyi bu yaxınlarda paytaxt Ankaraya F-16 hərbi təyyarələrin Türkiyeyə satışı ilə bağlı qəbul və təklif məktubları göndərib.



Әlaqәli Xәbәrlәr