Ukrayna: ''Rusiyaya məxsus döyüş təyyarəsini vurduq''

Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşuk Rusiyaya məxsus "Su-34" tipli döyüş təyyarəsini vurduqlarını açıqlayıb.

2109163
Ukrayna: ''Rusiyaya məxsus döyüş təyyarəsini vurduq''

Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşuk Rusiyaya məxsus "Su-34" tipli döyüş təyyarəsini vurduqlarını açıqlayıb.
Rəsmi internet səhifəsində paylaşım edən Nikolay Oleşuk deyib: “Bu gün 29 fevraldır, hər 4 ildən bir gələn tarixdir. Ruslar bu gün bir döyüş təyyarəsini də itirdi''.
Ukrayna Baş Qərargah rəisi Oleksandr Sirski də etdiyi paylaşımda cəbhə xəttindəki vəziyyəti qiymətləndirib.
Ukrayna müdafiə qüvvələrinin əməliyyat bölgəsindəki vəziyyətinin çətin olaraq davam etdiyini bildirən Sirski Rusiyanın nəzarəti bərpa etməyə çalışdığı Verbove və Robotine bölgələrində şiddətli toqquşmaların davam etdiyini qeyd edib.
Oleksandr Sirski bildirib ki, Ukrayna əsgərləri Orlivka qəsəbəsinə doğru irəliləyən rus qoşunlarını dəf edib.


Etiketlәr: #müharibə , #Rusiya , #Ukrayna

Әlaqәli Xәbәrlәr