ABŞ-da fələstinə dəstək aksiyası keçirilib

ABŞ-ın Nyu York şəhərində fələstinli tərəfdarlar İsrailin Qəzzada dinc əhaliyə qarşı törətdiyi qətliama son qoymaq və dərhal atəşkəsin təmin edilməsi üçün 24 saat fasiləsiz etiraz aksiyası keçirib.

2108949
ABŞ-da fələstinə dəstək aksiyası keçirilib
new york gazze eylem2.jpg
new york gazze eylem1.jpg
new york gazze eylem.jpg

ABŞ-ın Nyu York şəhərində fələstinli tərəfdarlar İsrailin Qəzzada dinc əhaliyə qarşı törətdiyi qətliama son qoymaq və dərhal atəşkəsin təmin edilməsi üçün 24 saat fasiləsiz etiraz aksiyası keçirib.
Nyu-York meriyasının bağçasına toplaşan amerikalı aktivistlər Qəzzada dərhal və daimi atəşkəs əldə olunana qədər aksiyalarını davam etdirəcəklərini bildiriblər.
Bir çox qeyri-hökumət təşkilatının dəstəklədiyi 24 saatlıq aksiyada  ABŞ-a İsrailə dəstəyi dayandırması ilə əlaqədar çağırış edilib.
Nyu-Yorkda yaşayan bəzi yəhudi əsilli amerikalılar yüksək səslə İsrailin Qəzzada “soyqırım” törətdiyini və bunu vergiləri ilə dəstəkləmək istəmədiklərini bildiriblər.
Aktivistlər “Azad Fələstin”, “Dərhal atəşkəs'', “Soyqırımı dəstəkləmə”, ''Vergilərimizi İsrailə göndərmə'' süarları səsləndiriblər.
İsrailin Qəzza zolağına intensiv hücumları nəticəsində əksəriyyəti uşaq olmaqla 30 mindən çox fələstinli həlak olub.



Әlaqәli Xәbәrlәr