Macarıstan parlamenti İsveçin NATO-ya üzvlüyünü təsdiqləyib

Parlamentin rəsmi internet səhifəsində edilən paylaşımda bildirilib ki, protokolun lehinə 188, əleyhinə isə 6 deputat səs verib, 4 deputat bitərəf qalıb.

2107686
Macarıstan parlamenti İsveçin NATO-ya üzvlüyünü təsdiqləyib

Macarıstan parlamenti İsveçin NATO-ya üzvlüyünü təsdiqləyib.
Parlamentin rəsmi internet səhifəsində edilən paylaşımda bildirilib ki, protokolun lehinə 188, əleyhinə isə 6 deputat səs verib, 4 deputat bitərəf qalıb.
Macarıstanın qərarı ilə İsveç administrasiyası NATO-ya üzv olan bütün ölkələrinin razılığını alıb.
NATO-nun baş katibi Yens Stoltenberq Macarıstan parlamentinin İsveçin NATO-ya üzvlüyünü təsdiqləməsini "alqışladığını" bildirib.
Rəsmi ''X'' internet səhifəsində paylaşım edən Yens Stoltenberq deyib:
"İsveçin üzvlüyü hamımızı daha güclü və təhlükəsiz edəcək".
Macarıstan parlamentinin İsveçin NATO-ya üzvlüyünü təsdiqləməsini alqışladığını vurğulayan Yens Stoltenberq İsveçin NATO-nun 32-ci müttəfiqi olacağını qeyd edib.


Etiketlәr: #NATO , #İsveç , #Macarıstan

Әlaqәli Xәbәrlәr