Misir Qəzza zolağında qaçqınlar üçün iki xüsusi düşərgə salır

Bu barədə “Əl-Qahirə əl-İxbariyyə” telekanalı məlumat yayıb ...

2107003
Misir Qəzza zolağında qaçqınlar üçün iki xüsusi düşərgə salır

 

  Misir hakimiyyəti Qəzza zolağında qaçqınlar üçün iki xüsusi düşərgə salmağı planlaşdırır. Bu barədə “Əl-Qahirə əl-İxbariyyə” telekanalı məlumat yayıb.

  Məlumata görə, Misir hakimiyyəti artıq Qəzzanın cənub hissəsindəki Xan Yunus şəhəri yaxınlığında qaçqınlar üçün düşərgənin qurulmasına başlayıb. Bu düşərgə 4 minə qədər qaçqını qəbul edə biləcək və yaxın bir həftə ərzində tam hazır olacaq.

  Daha bir çadır şəhərciyi Der əl-Bəlahın şimalında salınacaq.

  Bildirilib ki, hər iki düşərgə elektrik enerjisi, kanalizasiya sistemi və yaşayış üçün zəruri olan digər infrastrukturla təmin olunacaq.



Әlaqәli Xәbәrlәr